Hindistanın məşhur kino aktyoru Dxarmendra 89 yaşında vəfat edib.
Qarabaginfo.az bildirir ki, film tarixind öz rolları ilə imzasını qoymuş aktyor dünya ölkələrində də sevilirdi.
Onun filmləri SSRİ-də baxılırdı. Dxarmendra SSRİ-Hindistanın birgə çəkdiyi “Əlibaba və 40 quldur” filmində də baş rola çəkilib.
Azərbaycanda da Dxarmendranın böyük pərəstişaklar ordusu olub.
Bu pərəstişkarlardan biri məşhur aktyor ilə şəxsi dosluğu yaranıb.
Telejurnalist Namiq Qurban Dxarmendra ilə ailəvi dostluğu olub. O, 2017-ci ildə Hindistanda Dxarmendranın qonağı olub. Jurnalist əfsanəvi aktyorla bağlı sənədli film də çəkib.
2017-ci ilin dekabrında Bakıda Namiq Qurbanın hazırladığı “Dharmendra-Məhəbbət Elçisi” adlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib.
47 dəqiqə xronometrajlı film dünya və Hindistan kinosunun veteran aktyoru, “He, man” ləqəbli, dünyada sülh, məhəbbət və qardaşlıq carçısı kimi tanınan, Azərbaycanda da çox sevilən Dharmendra Deolun məhəbbət işığında yaşadığı xoşbəxt ömrü, bərəkətli yaradıcılığı və hikmətli həyat ibrətlərinə həsr edilib.
Film 60 il kino ekranlarının sevilən qəhrəmanı Dharmendra Deolun zəngin şəxsiyyətinə yeni və fərqli baxışdır. Bu film Azərbaycan-Hindistan mədəniyyətləri arasında bir dostluq körpüsüdür”,- deyə Namiq Qurban çıxışında vurğulayıb.
Film Azərbaycan dilində hazırlanıb və ingilis, rus dillərinə tərcümə olunub.
Bunu AzPost-a açıqlamasında Namiq Qurban bildirmişdi ki, Dxarmendra ilə Hindistanda onun şəxsi evində görüşüb.
“Bu evdə o birinci həyat yoldaşı ilə yaşayırdı. Hema Malini ona arada baş çəkirdi. Hema parlamentin üzvü olduğu üçün daha çox Dehlidə olur”-deyə Namiq Qurban vurğulayıb.
Dxarmendranın Azərbaycana gəlmək arzusu da olub.
“Bakıya gəlmək istəyirdi. Dxarmendra deyirdi ki, Daşknd və Tehranda olub”.
Bir neçə il sonra Dxarmendra Namiq Qurbanı nəvəsinin toyuna dəvət edib.
Dxarmendranın oğlu, məşhur kino aktyoru Sanni Deol 2023-cü ildə övladına toy çaldırıb. Namiq Qurban Azpost.info-ya bildirib ki, Dxarmendra ona dəvətnamə göndərsə də, müəyyən səbəbdən toyda iştirak edə bilməyib. Amma Dxarmendranı təbrik edib.



















