Tarix: 18-11-2025 | Saat: 08:48
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, 2025-ci ilin sonuna kimi ölkə iqtisadiyyatına cəlb olunan investisiyaların həcmi 20–21 trilyon dolları keçə bilər.
Qarabaginfo.az xəbər verir O, bunu noyabrın 17-də Ağ Evdə çıxışı zamanı deyib.
Trampın sözlərinə görə, təkcə son doqquz ay ərzində ABŞ-a 17 trilyon dollardan çox vəsait yatırılıb və bu rəqəm hazırda “demək olar ki, 18 trilyon dollara çatıb”.
“İlin sonuna ölkəmizə təxminən 20–21 trilyon dollar investisiya qoyulacaq. Bu, indiyə qədər hansısa ölkəyə edilən ən böyük investisiyadan on dəfə çoxdur. Bunun əsas səbəbi tətbiq etdiyimiz rüsumlardır”, – Tramp vurğulayıb.
Xatırladaq ki, Tramp sentyabr ayında da bildirmişdi: tətbiq edilən gömrük rüsumları ABŞ-a bu il 17 trilyon dollardan çox investisiya cəlb edilməsinə imkan verəcək.
Digər xəbərlər














%20(4):1200.jpg)