Tarix: 16-11-2025 | Saat: 10:12
Bölmə:Karusel / Dünya | çapa göndər
Ukraynada münaqişəyə son qoymaq üçün Rusiyanın da iştirak etdiyi yeni Avropa təhlükəsizlik arxitekturasının yaradılması şərtdir.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Əgər biz ruslara həm bizim, həm də onlar üçün təhlükəsizliyə zəmanət verən Avropa təhlükəsizlik sistemini təklif edə bilsək, Ukraynada müharibənin dayandırılması ilə bağlı onlarla razılığa gələ biləcəyik. Ancaq Avropa Rusiya ilə belə dialoq aparmaq üçün hərbi cəhətdən güclü olmalıdır. Müharibə aparmaq üçün mütləq gücə ehtiyacımız yoxdur, tarazlığı tapıb ruslarla sövdələşmələr aparmağı bacarmalıyıq. Mənim fəlsəfəm budur”, - deyə Orban vurğulayıb.
Qeyd edək ki, Orban bundan əvvəl Rusiyanın maraqlarını nəzərə alan yeni Avropa təhlükəsizlik sisteminin yaradılmasının vacibliyini bəyan edib. O, həmçinin Avropa Birliyi liderlərini indiki ABŞ administrasiyasından nümunə götürərək Moskva ilə dialoqa başlamağa çağırıb.
Digər xəbərlər
















%20(4):1200.jpg)
