Saytımızı qiymətləndirin


 
 

Azərbaycan qlobal rabitə qurumunun rəhbərliyində təmsil olunacaq
Tarix: 05-11-2025 | Saat: 14:08
Bölmə:Karusel / Multimedia | çapa göndər

Azərbaycan qlobal rabitə qurumunun rəhbərliyində təmsil olunacaq

Azərbaycan MDB regionu üzrə Beynəlxalq Telekommunikasiya İttifaqının İnkişaf Sektoru (ITU-D) 1-ci Tədqiqat Qrupunun sədr müavini vəzifəsinə namizədini irəli sürüb.

Bu barədə Qarabaginfo.az-a Azərkosmos-dan bildirilib.

Məlumata görə, sözügedən vəzifədə ölkəni Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin kosmik hüquq üzrə müşaviri İlqar Abdullayevi təmsil edəcək.

Qeyd edək ki, Bu ilin noyabr ayında Bakıda keçiriləcək 2025 Telekommunikasiya İnkişafı üzrə Dünya Konfransı (WTDC-25) çərçivəsində ITU Nizamnaməsinin 20-ci maddəsinə uyğun olaraq ITU-D Tədqiqat Qruplarının yeni tərkibi seçiləcək. Bu tədbir üzv dövlətlərə tədqiqat nəticələrini və tövsiyələri müzakirə etmək üçün mühüm platforma olacaq.

ITU-D Tədqiqat Qrupları qlobal rabitə və telekommunikasiya sahəsində inkişafın irəlilədilməsində mühüm rol oynayır. Bu qruplar yeni texnologiyaların araşdırılması və müasir telekommunikasiya ehtiyaclarının həlli üzrə fəaliyyət göstərirlər.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər