Tarix: 01-11-2025 | Saat: 17:42
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qazaxıstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı Amil Yusifov bu ölkənin ən nüfuzlu dövlət mükafatlarından biri – “Kurmet” (“Hörmət”) ordeni ilə təltif edilib.
Qarabaginfo.az xəbər verir ki, mükafat iş adamına Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə təqdim olunub. Ordeni Amil Yusifova ölkənin xarici işlər naziri Yermek Koşerbayev şəxsən təqdim edib.
Təqdimat mərasimində çıxış edən nazir Yermek Koşerbayev Amil Yusifovun Qazaxıstanın ictimai və iqtisadi həyatındakı fəal iştirakını, uzunmüddətli səmərəli fəaliyyətini və dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib:
“Cənab Yusifovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanır. O, Qazaxıstan və Azərbaycan xalqları arasında dostluq və iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verib”.
Mükafat üçün Prezident Tokayevə təşəkkür edən Amil Yusifov bu təltifin onun üçün böyük məsuliyyət və yeni fəaliyyət stimulu yaratdığını bildirib:
“Dost və qardaş Qazaxıstanın dövlət başçısı cənab Kasım-Jomart Tokayevə bu yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Bu mükafat gələcək layihələrimdə daha çox məsuliyyətlə çalışmağım üçün böyük motivasiyadır.
Eyni zamanda qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Qazaxıstan münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Cənab Prezident bu əlaqələrin dərinləşməsi üçün biz iş adamlarının qarşısında mühüm vəzifələr qoyur. Biz də bu etimadı doğrultmaq, iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni istiqamətlərini formalaşdırmaq üçün əzmlə çalışacağıq”.
Qeyd edək ki, “Kurmet” (“Hörmət”) ordeni Qazaxıstan Respublikasının dövlət mükafatlarından biridir. Orden ölkə Prezidentinin sərəncamı ilə verilir və Qazaxıstan cəmiyyətində ən yüksək etimad göstəricilərindən hesab olunur.

Digər xəbərlər















%20(4):1200.jpg)


