Saytımızı qiymətləndirin


 
 

NATO-nun xüsusi nümayəndəsi: “Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərində vacib rol oynayır”
Tarix: 19-10-2021 | Saat: 20:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

NATO-nun xüsusi nümayəndəsi: “Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərində vacib rol oynayır”
Xavyer Kolomina

“Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərində önəmli rol oynayır və buna görə mən sizə minnətdarlığımı bildirirəm”.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra deyib.

Xüsusi nümayəndə bildirib ki, görüşdə regional təhlükəsizlik kontekstində perspektivlər müzakirə olunub: “Ötən gün Azərbaycanda idim, sabah isə Ermənistanda olacağam. Müzakirə üçün olduqca çox məsələ var. Mən nazirə Cənubi Qafqazın üç ölkəsi arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı Gürcüstan tərəfindən irəli sürülmüş təşəbbüsə görə təşəkkür etdim. Gürcüstan həqiqətən də Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə çox mühüm və fəal rol oynayır”.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər