Tarix: 27-10-2025 | Saat: 14:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Azərbaycanla humanitar əlaqələrin qurulmasını azərbaycanlı tərəfdaşları ilə eyni dərəcədə bərpa etməyə hazırdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy RİA Novostiyə bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin bərpa edilməməsi üçün heç bir dərin səbəb yoxdur:
“Biz həmişə demişik ki, Rusiya tərəfdaşlarının hazır olduğu hər şeyə hazırdır. Azərbaycanlı dostlarımız və həmkarlarımız humanitar əlaqələrin, elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin bərpasına nə dərəcədə hazırdırlarsa, biz də eyni dərəcədə hazırıq”, - Şvıdkoy ölkələr arasında mədəni əlaqələrin bərpası perspektivindən danışarkən deyib.
O, Rusiya və Azərbaycanı çoxəsrlik tarixin bağladığını, xalqların bir-biri ilə sıx bağlı olduğunu və hər iki ölkədə cəmiyyətin əsasını təşkil edən eyni mənəvi və əxlaqi dəyərləri paylaşdıqlarını qeyd edib: "Mənə elə gəlir ki, münasibətlərimizi tam bərpa etməmək üçün heç bir dərin səbəbimiz yoxdur".
Digər xəbərlər














%20(4):1200.jpg)


