Saytımızı qiymətləndirin


 
 

İsveç Ukraynaya qırıcıları Rusiya aktivləri hesabına verməyi nəzərdən keçirir
Tarix: 23-10-2025 | Saat: 12:57
Bölmə:Karusel / Dünya | çapa göndər

İsveçin müdafiə naziri Pol Yohnson

 

“Gripen” qırıcıları Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına verilə bilər.

Qarabaginfo.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yohnson SVT telekanalına açıqlamasında bildirib.

“Biz hazırda Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin mümkünlüyünü nəzərdən keçiririk”, – Yohnson vurğulayıb.

Bir “Gripen E” təyyarəsinin dəyəri təqribən 85 milyon ABŞ dollarına bərabərdir. Beləliklə, Ukraynaya satılması planlaşdırılan 100 təyyarənin ümumi qiyməti 8,5 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, bir gün əvvəl İsveçin Baş naziri Ulf Kristersson Ukrayna Prezidenti Volodimir Zelenski ilə müdafiə sahəsində niyyət protokolunu imzalayıb. Kristersson bildirib ki, Stokholm yaxın gələcəkdə Ukraynaya 100–150 ədəd Gripen E qırıcısının satışını planlaşdırır.

Bu addım, ekspertlərin fikrincə, Ukraynanın hava müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək və Avropanın birgə təhlükəsizliyinə yeni impuls verəcək.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər