Tarix: 21-10-2025 | Saat: 15:42
Bölmə:Karusel / Region | çapa göndər
“Avropa İttifaqının Gürcüstandakı səfirliyi çox çətin durumdadır, ölkədə inqilab təşkil etmək cəhdlərini birbaşa dəstəkləyirlər, bu dəyişməlidir. Biz buna görə konkret olaraq səfiri günahlandıra bilmərik, çünki bilirik ki, bu onun qərarı deyil”.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Aİ-də çox mürəkkəb proseslərin cərəyan etdiyini və Avropa bürokratiyasının yaratdığı fəlakətli vəziyyətin hökm sürdüyünü vurğulayıb.
Baş nazirin sözlərinə görə, ötən gün Lüksemburqda Aİ-nin xarici işlər nazirlərinin görüşündə Gürcüstana qarşı sanksiyaların tətbiqinə cəhdlər olsa da, qərar qəbul edilməyib:
“Avropa İttifaqının bütün müvafiq üzv dövlətlərinə dəstəyə görə təşəkkürümü bildirirəm. Onların dəstəyi sayəsində gürcü xalqına qarşı sanksiyalar tətbiq edilmədi və bu çox vacibdir”.
Kobaxidze Aİ-nin gələcəkdə gürcü xalqına və onun seçdiyi hökumətə münasibətini yenidən nəzərdən keçirəcəyinə ümidvar olduğunu bildirib.
Digər xəbərlər