Saytımızı qiymətləndirin


 
 

Putin və Orban arasında telefon danışığı olub
Tarix: 17-10-2025 | Saat: 14:50
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Viktor Orban, Vladimir Putin

 

Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla telefonla danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Kremlin tezliklə Macarıstanın Baş naziri Orbanla telefon danışığı barədə məlumat yayacağını söyləyib. "Cənab Orban özü də Putinlə danışmaq niyyətində olduğunu qeyd edib. Bu telefon danışığı baş tutub", Putinin sözçüsü qeyd edib.

Kremlin məlumatına görə, Putin telefon danışığında Orbana Trampla söhbətinin əsas məzmunu barədə məlumat verib.

Macarıstanın baş naziri Budapeştdə mümkün Rusiya-Amerika sammitinin təşkili üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Putin qeyd edib ki, ABŞ nümayəndələri ilə Ukraynadakı vəziyyətin həlli üçün gələcək addımları müzakirə etməyi planlaşdırır.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər