Saytımızı qiymətləndirin


 
 

Bakıda maaşla ev almaq üçün 18 il işləməlisən –Mərkəzi Bank açıqladı: Xaricdə vəziyyət necədir? /SİYAHI
Tarix: 04-10-2025 | Saat: 12:23
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Picture background

Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əmək haqqına (Bakı üzrə) nisbəti isə 217 ay və ya 18.1 il təşkil edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankının məlumtanda deyilir.

Qeyd edilib ki, cari ilin iyun ayının sonunda Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 22.5 il olmasını şərtləndirir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Mərkəzi Bankın əvvəlki illərdən fərqli olaraq bir neçə istiqamətdə yeni hesablamalar, proqnozlar, araşdırmalar təqdim etməsi  yaxşı təşəbbüsdür.

“Mərkəzi Bank elan edib ki, Bakı şəhərində maaşla mənzil almaq üçün 217 ay, yəni, 18 il 1 ay işləmək lazımdır. Görünür, dünya ölkələrinin Mərkəzi Bankları eyni metadologiyadan istifadə edirlər.
Cənubi Qafqaz ölkələrinə baxanda yenə sonuncuyuq: Tbilisidə maaşla mənzil almaq üçün 12-14 il, İrəvanda 9-11 il işləmək lazımdır. Avropa ölkələrinə baxsaq yenə ən sondayıq: Avropada ən pis göstərici Serbiyadadır – 16,8 il, ən yaxşı vəziyyət isə İslandiyadadır – cəmi, 5,6 il.
Bu o deməkdir ki, Azərbaycanda maaşlar az, mənzillərin qiyməti isə bahadır. Qazanc az olanda qiymət aşağı olmalıdır, qiymətlər yuxarıdırsa, biz çox qazanmalıyıq”-deyə ekspert vurğulayıb.


Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər