Saytımızı qiymətləndirin


 
 

ABŞ Senatı yenə hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini qəbul edə bilməyib
Tarix: 04-10-2025 | Saat: 08:17
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Senatı yenə hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini qəbul edə bilməyib

ABŞ Senatı federal hökumətin maliyyələşdirilməsini bərpa etmək üçün hər iki tərəfin təklif etdiyi və qismən dayandırılmış iki qanun layihəsini yenidən rədd edib.

Qarabaginfo.az xəbər verir ki, Senatın iclası C-SPAN kanalı vasitəsilə yayımlanıb.

Respublikaçılar tərəfindən hazırlanan və əvvəllər Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsi lehinə 54, əleyhinə isə 44 səs toplanıb.

Demokratlar tərəfindən təqdim edilən qanun layihəsi lehinə 46, əleyhinə isə 52 səs toplayıb.

Layihənin yuxarı palatada təsdiq üçün ən azı 60 səs lazımdır.

Beləliklə, senatorlar indiyədək ABŞ federal hökumətinin qismən bağlanmasına son qoyacaq qanun layihəsini qəbul edə bilməyiblər.

Senatın bu qanun layihələrini bazar ertəsi, oktyabrın 6-da yenidən səs verəcəyi gözlənilir.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər