Saytımızı qiymətləndirin


 
 

Baş nazir Britaniyadakı terror aktına görə Kopenhagendən Londona qayıdıb
Tarix: 02-10-2025 | Saat: 16:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Böyük Britaniyanın Baş naziri Kir Starmer

 

Böyük Britaniyanın Baş naziri Kir Starmer Mançesterdə sinaqoqa hücumdan sonra Avropanın Siyasi Birliyi sammitinin keçirildiyi Kopenhagendən Londona qayıdıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, o, bu gün hökumətin fövqəladə komitəsinin iclasını keçirəcək.

Baş nazirin bəyanatında onun sinaqoqa hücumdan şokda olduğunu bildirilir.

“Bu hadisənin Yom Kipurda — yəhudi təqviminin ən müqəddəs günündə baş verməsi onu daha da dəhşətli edir. Düşüncələrim bütün zərərçəkənlərin yaxınları ilədir, fövqəladə yardım xidmətlərinə və hadisə yerinə ilk çatanlara təşəkkür edirəm”, - Starmer qeyd edib.

Starmer onu da bildirib ki, Mançesterdəki hücumdan sonra ölkə üzrə sinaqoqlara əlavə polis qüvvələri göndəriləcək.

“Biz yəhudi icmamızın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - Baş nazir vurğulayıb.

Məlumata görə, Mançesterdəki sinaqoqa hücum nəticəsində iki nəfər həlak olub.



Xəbəri paylaş

20 dəfə oxunub.

Digər xəbərlər