Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev Meloni ilə görüşdü - Foto 
Tarix: 02-10-2025 | Saat: 15:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

ilham-eliyev-meloni-ile-gorusdu

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü olub.

Qarabaginfo.az xəbər verir ki, görüş bu gün Kopenhagendə baş tutub.

Görüşdə Azərbaycanla İtaliya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi qeyd olunub və bu xüsusda bir neçə gün əvvəl İtaliya Prezidentinin Azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə İtaliyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunulub, ölkəmizin İtaliyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb. Ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.


 



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər
1-03-2025, 00:17 Ramazan ayı başlayıb