Saytımızı qiymətləndirin


 
 

“Ucuz PUA-ları bahalı raketlərlə vurmaq sərf eləmir” –NATO baş katibi
Tarix: 26-09-2025 | Saat: 16:56
Bölmə:Karusel / Dünya | çapa göndər

NATO baş katibi Mark Rutte Qərb ölkələrinin ucuz pilotsuz uçuş aparatlarına (PUA) qarşı bahalı raketlərdən istifadə etməsinin qeyri-real olduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində danışıb.

Ruttenin sözlərinə görə, dəyəri cəmi min və ya iki min dollar olan dronların yarım milyon və ya milyon dollarlıq raketlərlə məhv edilməsi iqtisadi baxımdan məntiqsizdir. NATO rəhbəri qeyd edib ki, hazırda alyans bu sahədə lazımi avadanlıq çatışmazlığı ilə üzləşsə də, yeni həll yolları üzərində intensiv işləyir.

Baş katib bildirib ki, alyans Ukraynanın təcrübəsindən öyrənir və yaxın həftələrdə tətbiq ediləcək texnologiyalar hazırlanır. Onun sözlərinə görə, bu addımlar ənənəvi hava hücumundan müdafiə vasitələrinə əlavə olaraq daha səmərəli PUA əleyhinə sistemlərin yaradılmasına xidmət edəcək.

Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski də bəyan etmişdi ki, Ukrayna ordusu Polşa Silahlı Qüvvələrinə pilotsuz uçuş aparatları ilə mübarizə metodlarını öyrədəcək. Onun sözlərinə görə, məhz Kiyev bu sahədə Qərb ölkələri üçün əsas təcrübə mənbəyinə çevrilib.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər
22-02-2021, 16:09 Deputatlara vaksin vurulur