Saytımızı qiymətləndirin


 
 

Xorvatiya Prezidenti İlham Əliyevə məktub göndərdi
Tarix: 23-12-2020 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Qarabaginfo.az xəbər verir ki, məktubda deyilir:

 

"Hörmətli cənab Prezident.

 

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.

 

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirəm.

 

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizin vətəndaşlarının rifahı üçün qarşılıqlı maraq doğuran hər bir sahədə dostluq münasibətlərinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyimizə ümidvaram.

 

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".



Xəbəri paylaş

402 dəfə oxunub.

Digər xəbərlər
10-04-2024, 11:19 Yeni Baş nazir seçildi