Saytımızı qiymətləndirin


 
 

“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Tarix: 05-09-2025 | Saat: 13:59
Bölmə:Karusel / Kriminal | çapa göndər

“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib

“Tərtər işi” ilə bağlı ittiham olunan Ramil Əhmədov, Fuad Ağayev, Fuad Axundov, Cavid Ağadadaşov, Qurban Cümşüdovun cinayət işi üzrə zərərçəkmiş tərəfin hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərə verilmiş cəzadan narazı olduqlarını və cəzanın ağırlaşdırılmasını xahiş ediblər.

Məhkəmə qərar qəbul edib.

Qərara əsasən, zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Hərb Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay, Cavid Ağadadaşov 4 il, Qurban Cümşüdov 4 il müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.



Xəbəri paylaş

12 dəfə oxunub.

Digər xəbərlər