Saytımızı qiymətləndirin


 
 

Rusiya səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, xatirə kitabı açılıb - FOTO
Tarix: 23-03-2024 | Saat: 13:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya səfirliyində dövlət bayrağı yarıya qədər endirilib, xatirə kitabı açılıb - FOTO - YENİLƏNİB

Moskvada baş vermiş terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində Rusiyanın Dövlət Bayrağı yarıya qədər endirilib.

Qarabaginfo.az xəbər verir ki, səfirlikdə onlayn xatirə kitabı da açılıb.

Hazırda vətəndaşların binanın qarşısına gələrək gül dəstələri düzməsi və ölənlərin ruhlarına dualar oxuması davam edir.

***

Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına dünən Moskvada baş verən terror aktı ilə əlaqədar gül dəstələri düzülüb.

Qarabaginfo.az xəbər verir ki, səfirlik binasının qarşısına gül dəstələri düzən insanlar dünənki faciədə həlak olanların xatirəsinə dualar oxuyublar.

Səfirlikdə onlayn xatirə kitabı açılıb.

Azərbaycandakı Rusiya Səfirliyinin mətbuat xidmətinin rəhbəri Yelizaveta Qlerezka baş vermiş hadisədən bütün Rusiyanın sarsıldığını bildirib. O, Bakı sakinlərinin faciə ilə bağlı səfirliyin qarşısına gül dəstələri gətirdiyini qeyd edib.

"Biz hadisəyə laqeyd qalmayan və bizimlə bu ağrını səmimi bölüşən hər kəsə təşəkkür edirik".

Səfirlik rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin Baş naziri Əli Əsədovun və Xarici İşlər Nazirliyinin də Rusiyaya başsağlığı verdiyini xatırlayaraq rəsmi Bakıya təşəkür edib.(APA)

 



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər