Avstraliya İran səfirini ölkədən çıxarıb, Tehrandakı səfirliyini bağlayıb
Tarix: 26-08-2025 | Saat: 13:35
Bölmə:Karusel / Siyasət | çapa göndər
139 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-08-2025 | Saat: 13:35
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avstraliyanın Baş naziri Entoni Albaniz İran səfirini ölkədən çıxarıb.
Qarabaginfo.az “Mehr”ə istinadən xəbər verir ki, Albaniz İranı Avstraliyada baş vermiş antisemit hücumları yönləndirməkdə ittiham edib, İranın bu ölkədəki səfiri Əhməd Sadeqinin və daha üç iranlı diplomatın Avstraliyadan qovulmasına göstəriş verib.
Albaniz ölkəsinin SEPAH-ı terror təşkilatı elan edəcəyini bəyan edib.
Avstraliya XİN-in məlumatına görə, rəsmi Kanberra İkinci Dünya müharibəsindən bəri ilk dəfədir hansısa bir ölkənin səfirini qovur.
Bildirilib ki, İranla diplomatik əlaqələr davam edəcək, lakin Avstraliyanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.
Qeyd edək ki, ötən il Avstraliyanın Sidney və Melburn şəhərlərində anti-semit hücumlar baş verib.
Xəbəri paylaş
Digər xəbərlər
2-10-2021, 14:43
Yevlaxda evlərdən oğurluq edənlər saxlanıldı
17-05-2026, 14:53
Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
28-10-2020, 16:55
Ermənistanda vətəndaşların əmlakı ordu üçün müsadirə olunacaq
30-10-2025, 16:39
Paşinyan Fransada Makronla görüşüb
12-09-2022, 23:57
Kürdəmirdə qəza - Yaralılar var+Fotolar
26-04-2022, 10:28
3 qəza 3 can ALDI
23-01-2023, 17:31
Estoniya Rusiyanı Fin körfəzinə buraxmayacaq
28-04-2025, 08:43
Tramp "dayan", Lavrov "davam" dedi

















