Saytımızı qiymətləndirin


 
 

NATO Baş katibi Brüsseldə Zelenski ilə məsləhətləşmələrdə iştirak edəcək
Tarix: 17-08-2025 | Saat: 22:16
Bölmə:Karusel / Dünya | çapa göndər

Mark Rütte

 

NATO Baş katibi Mark Rütte Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski və “istəkli koalisiya” ölkələrinin liderləri ilə keçiriləcək məsləhətləşmələrdə iştirak edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“NATO Baş katibi Volodimir Zelenski ilə “istəkli koalisiya”nın videokonfransında iştirak edəcək,” – deyə NATO-nun mətbuat xidməti bildirib.

Məlumatda dəqiqləşdirilib ki, telekonfrans Fransa Prezidenti Emmanuel Makron tərəfindən təşkil olunacaq və Almaniya Kansleri Fridrix Mers ilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin iştirakı ilə keçiriləcək. Alyansın qərargahı əlavə edib ki, Rütte tədbirdən sonra mətbuat üçün heç bir açıqlama verməyəcək, buna görə də onun hazırda Brüsseldə olub-olmadığı bəlli deyil.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi