Saytımızı qiymətləndirin


 
 

DYP səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib
Tarix: 02-08-2025 | Saat: 11:43
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Picture background

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edib.

Müraciətdə vətəndaşlardan səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını almaları xahiş olunub.

Məlumatda bildirilib ki, Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb.

Qeyd edilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər