Müraciətdə vətəndaşlardan səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını almaları xahiş olunub.
Məlumatda bildirilib ki, Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb.
Qeyd edilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.