Saytımızı qiymətləndirin


 
 

Paşinyan növbədənkənar seçkilərə GEDƏ BİLƏR
Tarix: 29-07-2025 | Saat: 17:45
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan növbədənkənar seçkilərə GEDƏ BİLƏR

 

Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə gedə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, ötən ilin sonuna qədər hakim komandanın üzvü olan Ovik Ağazaryan hakimiyyətin yaxın çevrəsində gedən müzakirələrdən xəbərdardır, hələ də onların bəziləri ilə ünsiyyətini davam etdirir.

“Ağazaryanın fikrincə, Ermənistanın xarici siyasətində elə inkişaflar var ki, növbədənkənar seçkilər Paşinyana xeyir edə bilər", - məqalədə bildirilir.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının keçmiş üzvü deyib ki, hazırda onun hakimiyyətini saxlamaq və planlarını həyata keçirmək üçün daha böyük fürsəti var: "Təkcə baş verən hadisələr deyil, hakimiyyətin növbədənkənar seçkilərə getmək maraqlarından irəli gələn başqa səbəblər də var”.

Qeyd edək ki, erkən seçkilər olmasa, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək./modern



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər