Saytımızı qiymətləndirin


 
 

Rusların 80 faizi müharibə ilə bağlı rəy sorğularından yayınır
Tarix: 22-08-2023 | Saat: 12:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusların 80 faizi müharibə ilə bağlı rəy sorğularından yayınır

Hər 5 rusiyalıdan 4-ü (80 faiz) Ukraynadakı müharibə ilə bağlı rəy sorğularında iştirak etməkdən imtina edir.

 

Qarabaqinfo.az  BBC-yə istinadən xəbər verir ki, bu göstərici rusların “xüsusi hərbi əməliyyata” münasibəti ilə bağlı son araşdırmalar zamanı "Russian Field" sosioloqları tərəfindən əldə edilib.

 

İyunun 16-19-da keçirilən sorğuda respondentlərin 79.2%-i Ukraynadakı müharibə ilə bağlı onlara sual veriləcəyini biləndə iştirakdan imtina edib.

 

2022-ci ilin dekabrında da sosioloqlar oxşar sorğu keçirmişdilər və orada tədqiqatın mövzusunu belə bilmədən dərhal iştirakdan imtina edənlər də hesablanmışdı.

 

Bu hesablama ilə 92.8% "imtinaçı"nın olduğu ortaya çıxıb:

 

"Hər 4 nəfərdən biri kobudluqla imtina edir və belə imtinaların yarısı söyüş və nalayiq sözlərlə müşayiət olunur".



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər