Saytımızı qiymətləndirin


 
 

Yaqub Eyyubovun adından yayılan açıqlama “deep fake” texnologiyası ilə hazırlanıb
Tarix: 21-07-2025 | Saat: 19:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yaqub Eyyubovun adından yayılan açıqlama “deep fake” texnologiyası ilə hazırlanıb

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından güya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılmışdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı açıqlamada deyilir.

Qeyd edilib ki, bəlli dairələr tərəfindən süni intellektin köməyi ilə yaradılaraq informasiya mühitini çirkləndirməyə yönəlmiş bu saxta video-görüntülər ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa çağıraraq xatırladırıq ki, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları rəsmi mənbələrdən, eləcə də, ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə edə bilərsiniz.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deep fake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - açıqlamada qeyd edilib.



Xəbəri paylaş

25 dəfə oxunub.

Digər xəbərlər