Saytımızı qiymətləndirin


 
 

Polşa lideri NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək
Tarix: 10-09-2025 | Saat: 12:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Polşa lideri NATO-dan 4-cü maddənin tətbiqini xahiş edəcək

Polşa PUA insidenti ilə əlaqədar NATO-dan Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinin tətbiqini xahiş edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk bildirib.

Onun sözlərinə görə, Polşa PUA ilə bağlı insidentdən sonra NATO-dan 4-cü maddəni tətbiq etməyi xahiş edəcək.

NATO-da görüşün bu gün baş tutacağı bildirilib.

Qeyd olunub ki, burada dronların müdaxiləsinə necə cavab veriləcəyi müzakirə olunacaq.

Polşa Prezidenti Karol Navrotskiy Milli Təhlükəsizlik Şurasının yaxın iki gün ərzində insidentlə bağlı müzakirələr aparacağını və bundan sonra bütün məlumatların əldə olunacağını açıqlayıb.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi tərəflərdən birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid edildikdə, tərəflərin bir-biri ilə məsləhətləşmələrini nəzərdə tutur. 4-cü maddə NATO ölkəsinə məsləhətləşmələr tələb etməyə icazə verir, 5-ci maddə isə bir NATO üzvünə hücumu bütün Alyansa hücum hesab edir.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər