Tarix: 15-07-2025 | Saat: 10:59
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.
Penitensiar Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən Şirvan, Bərdə, Lənkəran, Gəncə, İmişli, Xaçmaz, Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.
Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda penitensiar sahə ilə bağlı vətəndaş müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.
Digər xəbərlər