Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin olunacaq. Onlardan biri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Otari Qvaladzedir.

Qarabaginfo.az-ın Unikal.az-a istinadən məlumatına görə, Otari Qvaladze bir müddət əvvəl Konstitusiya Məhkəməsinin təqaüdə göndərilən sabiq hakimi Rafael Qvaladzenin oğludur.

Qeyd edək ki, Rafael Qvaladze 1998-2025-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olub.