Tarix: 11-12-2020 | Saat: 07:21
Bölmə:Karusel / Dünya | çapa göndər
Fransa hökuməti epidemiya vəziyyəti ilə əlaqədar dekabrın 15-dən komendant saatı tətbiq edir.
Qarabaginfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Jan Kasteks televiziyada xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, məhdudiyyət rejimi planlaşdırıldığı kimi 21:00-dan deyil, 20:00-dan tətbiq ediləcək.
"Biz komendant saatının daha ciddi rejimini tətbiq etməyi zəruri hesab edirik, saat 20:00-dan", - deyə Kasteks bildirib. Çıxış edən DİN rəhbəri "Biz 20:00 - dan komendant saatı daha ciddi bir rejim tətbiq etməyi zəruri hesab edirik", - Kasteks bildirib.
Çıxış edən DİN rəhbəri Jerald Darmanenin sözlərinə görə, komendant saatı saat 06:00-dək olacaq. Bununla yanaşı, ölkə üzrə gediş-gəlişə qoyulan məhdudiyyət dekabrın 15-dən aradan götürülür.
Yeni il gecəsi ölkədə komendant saatı ləğv olunmayacaq. Lakin o, dekabrın 24-ü axşamdan - Milad gecəsində tətbiq edilməyəcək. "TASS"
Digər xəbərlər