Saytımızı qiymətləndirin


 
 

AZAL təhlükəsizlik səbəbilə bugünkü reyslərini ləğv edib
Tarix: 13-06-2025 | Saat: 15:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

AZAL

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib.

Qarabaginfo.az bu barədə aviaşirkət istinadən xəbər verir.

Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib.

“AZALuçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri baş verən yeniliklər barədə operativ şəkildə məlumatlandıracaq”, – məlumatda deyilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər