Saytımızı qiymətləndirin


 
 

FHN sel təhlükəsinə dair tədbirlər keçirib
Tarix: 04-06-2025 | Saat: 12:10
Bölmə:Karusel / Sosial | çapa göndər

FHN sel təhlükəsinə dair tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə  Qarabaginfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunması istiqamətində maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi, Beyləqan və Tərtər rayonlarının, Şimal-qərb Regional Mərkəzi tərəfindən isə İsmayıllı rayonunun sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları ilə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər