Saytımızı qiymətləndirin


 
 

İdman naziri yeni tədris korpusu ilə tanış oldu
Tarix: 28-09-2021 | Saat: 16:59
Bölmə:Karusel / İdman | çapa göndər

İdman naziri yeni tədris korpusu ilə tanış oldu

 

Sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli tədris korpusu istifadəyə verilib.

Gənclər və İdman Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub.

Yeni tədris korpusunda auditoriyalara II Qarabağ müharibəsində ADBTİA-nın şəhid olmuş 13 məzununun adı verilib və ad-soyadları yazılan lövhələr auditoriyaların qapılarına vurulub. Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb.

Rektor Fuad Hacıyev məlumat verib ki, Akademiyanın şəhid məzunlarının adlarına xüsusi təqaüdlər də təsis edilib.

Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb.

Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib və təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.



Xəbəri paylaş

271 dəfə oxunub.

Digər xəbərlər