Saytımızı qiymətləndirin


 
 

Ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faizdən çoxdur
Tarix: 27-10-2023 | Saat: 16:54
Bölmə:Karusel / Sosial | çapa göndər

Noyabr ayından etibarən ölkədə daha 40 kənd təbii qazla təmin ediləcək. Cari ildə 150 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunlardan 110-u artıq qazla təmin olunub. Qalanları isə gələn ilin birinci rübündə qazlaşdırılacaq.

Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Yeni qazlaşdırma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib. O bildirib ki, artıq ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faizdən çoxdur. Hazırda ölkəmizdə 900-ə yaxın qazlaşdırılmayan kənd və yaşayış məntəqəsi mövcuddur. Bu kənd və yaşayış məntəqələri də “Azəriqaza” daxil olan maliyyə vəsaitləri hesabına mərhələli şəkildə qazla təmin olunacaq.



Xəbəri paylaş

1143 dəfə oxunub.

Digər xəbərlər