Saytımızı qiymətləndirin


 
 

Ukrayna Krım körpüsünü partlatdı - ANBAAN GÖRÜNTÜLƏR
Tarix: 03-06-2025 | Saat: 15:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Krım körpüsünü partlatdı - ANBAAN GÖRÜNTÜLƏR

 

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsündən partlayış etdiklərini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, qurumun rəsmi açıqlamasında bildirilir ki, UTX-nin agentləri Krım körpüsündə qeyri-qanuni obyektin dayaqlarını minalayıblar.

"Bu gün, heç bir mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Açıqlamada bildirilir ki, dəstəklərin sualtı dayaqları aşağı səviyyədə ciddi zədələnib.

UTX-nin məlumatına görə, “trotil ekvivalentində 1100 kq partlayıcı” yerləşdirilib və “əməliyyat bir neçə ay davam edib”.

Rusiya ordusu hadisəyə münasibət bildirməyib. Krım körpüsünün rəsmi teleqram kanalı səhər saat 6:07-də ​​nəqliyyatın hərəkətinin müvəqqəti bağlandığını bildirib. Səhər saat 9:00-da nəqliyyatın hərəkəti bərpa edilib.

 



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər