Ana Sayfa > Karusel / Dünya > Ukrayna Krım körpüsünü partlatdı - ANBAAN GÖRÜNTÜLƏR
Ukrayna Krım körpüsünü partlatdı - ANBAAN GÖRÜNTÜLƏR3-06-2025, 15:55. Yazar: Admin |
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım körpüsündən partlayış etdiklərini açıqlayıb. Qarabaginfo.az xəbər verir ki, qurumun rəsmi açıqlamasında bildirilir ki, UTX-nin agentləri Krım körpüsündə qeyri-qanuni obyektin dayaqlarını minalayıblar. "Bu gün, heç bir mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb", - Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir. Açıqlamada bildirilir ki, dəstəklərin sualtı dayaqları aşağı səviyyədə ciddi zədələnib. UTX-nin məlumatına görə, “trotil ekvivalentində 1100 kq partlayıcı” yerləşdirilib və “əməliyyat bir neçə ay davam edib”. Rusiya ordusu hadisəyə münasibət bildirməyib. Krım körpüsünün rəsmi teleqram kanalı səhər saat 6:07-də nəqliyyatın hərəkətinin müvəqqəti bağlandığını bildirib. Səhər saat 9:00-da nəqliyyatın hərəkəti bərpa edilib.
Geri dön |