Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və İran Araz su anbarının iş rejimini razılaşdırdı
Tarix: 02-06-2025 | Saat: 17:11
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan-İran

Azərbaycan-İran

Bakıda Azərbaycan və İran arasında Araz çayı üzrə əməkdaşlıqla bağlı növbəti görüş keçirilib.

Qarabaginfo.az bildirir ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə iki ölkə arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 54-cü iclası baş tutub. Görüşdə Azərbaycan tərəfdən Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Zakir Quliyev başda olmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

Toplantıda Araz su anbarının cari il üçün iş rejimi razılaşdırılıb və su ehtiyatlarının bölgüsünə dair texniki sənədlər tərtib olunub. İclas çərçivəsində Araz çayında su və enerji ehtiyatlarından birgə və effektiv istifadə məsələləri müzakirə olunub.

Həmçinin, iki ölkə arasında əməkdaşlığı daha da genişləndirəcək müvafiq protokol imzalanıb. Yeni bölgü cədvəlləri çayın su ehtiyatlarının ədalətli paylaşımını və energetik potensialdan səmərəli istifadəni təmin etməyə yönəlib.

Bu razılaşma regionda su idarəçiliyi və energetika sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur.



Xəbəri paylaş

55 dəfə oxunub.

Digər xəbərlər