Saytımızı qiymətləndirin


 
 

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir
Tarix: 16-05-2025 | Saat: 12:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər
12-01-2021, 10:27 Bakıda zavodda partladı