Saytımızı qiymətləndirin


 
 

Güclü zəlzələ olan Kamçatkadakı azərbaycanlılardan XƏBƏR VAR
Tarix: 03-04-2023 | Saat: 10:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Güclü zəlzələ olan Kamçatkadakı azərbaycanlılardan XƏBƏR VAR

 

Xəbər verdiyimiz kimi, Rusiyanın Kamçatka ərazisinin cənubunda 6,9 bal gücündə zəlzələ baş verib. 

 

Petropavlovsk seysmik stansiyasının məlumatına görə, seysmik hadisə aprelin 3-də Kamçatka vaxtı ilə saat 15:06-da 100 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 44 kilometr cənubda, Avaça körfəzində yerləşib. Sunami təhlükəsi elan edilməyib.

 

"Kommersant" qəzetinin məlumatına görə, zəlzələ zamanı təşvişə düşən sakinlər küçələrə axışıblar. Bəzi binalarda, xüsusən də bir sıra ofis mərkəzlərində və müəllimlər kollecində dağıntıların olduğu bildirilir. Təkanlar zamanı binalardakı mebel və məişət texnikalarına da ziyan dəyib.

 

Hazırda xilasedicilərdən və yanğınsöndürənlərdən ibarət əməliyyat qrupları Petropavlovsk-Kamçatski, Yelizovo və Vilyuçinskdə binalara baxış keçirir.

 

Kamçatka Azərbaycan Diasporunun rəhbəri Zahid Bəşirov Modern.az-a açıqlamasında bildirib ki, zəlzələ zamanı ciddi dağıntılar olmayıb. Onun sözlərinə görə, ərazidə tez-tez zəlzələ olduğu üçün binalar yeraltı təkanlara davamlıdır. 

 

Diaspor rəhbəri qeyd edib ki, Kamçatkada yaşayan azərbaycanlılar arasında xəsarət alan olmayıb. 



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər