Pezeşkian: Biz müharibə yox, sülh axtarırıq
Tarix: 15-05-2025 | Saat: 11:54
Bölmə:Karusel / Region | çapa göndər
136 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-05-2025 | Saat: 11:54
Bölmə:Karusel / Region | çapa göndər
“Biz bölgə ölkələri ilə qardaşıq. Azərbaycan və Türkmənistanla qohumuq. Başqaları (ABŞ) bizi müharibəyə sürükləmək istəyir. Ancaq biz bunu etməyəcəyik”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
“Biz müharibə yox, sülh axtarırıq. Biz ölkə daxilində və qonşularımızla - Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə sülh və sabitliyin ardıncayıq və qardaşlıq və bərabərlik üçün çalışırıq”, - Pezeşkian qeyd edib.
O vurğulayıb ki, əgər region dövlətləri birlikdə ticarət əlaqələri qura bilsələr, müsəlman ölkələri arasında böyük ticarət bazarı, eləcə də sülh və təhlükəsizlik yarada bilərlər.
İran Prezidentinin sözlərinə görə, bu bölgə başqalarına deyil, region ölkələrinə məxsusdur.
Xəbəri paylaş
Digər xəbərlər
25-11-2025, 14:05
Tofiq İsmayılovun oğluna 8 il iş verildi
25-04-2025, 14:21
Nazir: Aİ ilə minatəmizləmə üzrə daha böyük layihələr marağımızdadır
8-05-2024, 10:47
Səfərbərlik Xidməti 102 yaşlı veteranı təltif edib
14-03-2025, 10:02
Berbok: Almaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayır
22-09-2021, 13:47
Adil Əliyev açıqlama yaydı: "Təxribatdır" - FOTO
15-09-2021, 12:17
Şuşada hərbçilərin yürüşü keçirildi



















