FHN-in əməkdaşı şahmat yarışında gümüş medal qazanıb
Tarix: 14-04-2025 | Saat: 13:01
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
197 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-04-2025 | Saat: 13:01
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda 31 dövlət qurumundan 62 nəfər iştirak edərək mübarizə aparıb.
Yarışda iştirak edən FHN-in əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, qadınlar arasında keçirilən yarışda FHN-in İdman-sağlamlıq klubunun şahmat üzrə məşqçi müəllimi Aynur Abbasova 7 turun nəticəsinə əsasən yarışı ikinci yerdə tamamlayaraq gümüş medala layiq görülüb.
Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medalla təltif olunublar.
Xəbəri paylaş
Digər xəbərlər
28-06-2022, 16:29
“Şərqi Azəri” platformasının profilaktik işlər proqramı başa çatıb
10-01-2018, 17:58
Dağıstan Azərbaycanın iki kəndinin sakinlərinin köçürülməsinə 6 milyon manatdan artıq pul ayıracaq
3-12-2025, 16:38
Səudiyyə Ərəbistanının Ali Audit Orqanı Hesablama Palatasının fəaliyyətini qiymətləndirib
21-06-2023, 15:46
BTQ çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılmasına dair Saziş təsdiqlənib
27-12-2024, 20:19
Çeçenistanda qəzaya görə matəm elan olundu
6-12-2024, 16:52
Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib
5-03-2022, 10:37
Sahibi iti konfet oğurladığına görə asıb - VİDEO


















