Ana Sayfa > Karusel / Cəmiyyət > FHN-in əməkdaşı şahmat yarışında gümüş medal qazanıb
FHN-in əməkdaşı şahmat yarışında gümüş medal qazanıb14-04-2025, 13:01. Yazar: Admin |
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda 31 dövlət qurumundan 62 nəfər iştirak edərək mübarizə aparıb. Yarışda iştirak edən FHN-in əməkdaşı yüksək nəticə əldə etməyi bacarıb. Belə ki, qadınlar arasında keçirilən yarışda FHN-in İdman-sağlamlıq klubunun şahmat üzrə məşqçi müəllimi Aynur Abbasova 7 turun nəticəsinə əsasən yarışı ikinci yerdə tamamlayaraq gümüş medala layiq görülüb. Qaliblər Gənclər və İdman Nazirliyinin təsis etdiyi diplom və medalla təltif olunublar. Geri dön |