Saytımızı qiymətləndirin


 
 

Oman görüşünə Araqçi ilə Trampın xüsusi nümayəndəsi Uitkoff rəhbərlik edəcək
Tarix: 08-04-2025 | Saat: 10:24
Bölmə:Karusel / Dünya | çapa göndər

Oman görüşünə Araqçi ilə Trampın xüsusi nümayəndəsi Uitkoff rəhbərlik edəcək

Şənbə günü Omanda keçiriləcək görüşdə əsas müzakirəçilər İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Nour News” məlumat yayıb.

Məlumata əsasən, Araqçi və Uitkoff Tehran və Vaşinqton arasında baş müzakirəçilərdir. Danışıqlar dolayı yolla Omanın xarici işlər naziri Bədr Əl-Busaidi vasitəsilə başlayacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı İranla birbaşa danışıqlar apardığını, şənbə günü yüksək səviyyəli görüşün keçiriləcəyini açıqlayıb.

Daha sonra Abbas Araqçi isə İran və ABŞ-ın yüksək rəsmilər səviyyəsində dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcəyini bildirib.
“Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydançasındadır”, - nazir “X” sosial şəbəkəsində yazıb.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər