Tarix: 02-12-2020 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 37,8 mln. ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qarabaqinfo.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 0,8% artıb.
ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.
Bu oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 mln. dollar dəyərində xidmət ixrac edib ki, bu da sentyabr ayının göstəricisini 13 dəfədən çox üstələyib.
“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya və BƏƏ-dir.
Digər xəbərlər