Tarix: 18-02-2025 | Saat: 16:50
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər Sergey Lavrov Ər-Riyadda keçirilən danışıqlarda Rusiya və ABŞ arasında münasibətlərdə "qıcıqlandırıcıları" aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən yayılan açıqlamada bildirilib.
Eyni zamanda Rubio və Lavrov ümumi geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq haqqında da razılığa gəliblər.
ABŞ Dövlət Departamentindən bildirib ki, Rusiya ilə ABŞ arasındakı zəng və görüş “davamlı sülh” üçün yetərli olmayıb, lakin Ər-Riyadda irəliyə doğru mühüm addım atılıb.
Digər xəbərlər