Saytımızı qiymətləndirin


 
 

Yanvar ayı üzrə büdcənin gəlir və xərcləri açıqlanıb
Tarix: 03-02-2025 | Saat: 12:22
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Yanvar ayı üzrə büdcənin gəlir və xərcləri açıqlanıb

2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə Qarabaginfo.az Maliyyə Nazirliyinə istinadən xəbər verir. Belə ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.049.2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89.1 min manat və ya 2,25 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259.282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487.139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3.335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1.206.8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57.317,9 min manata, sair daxilolmalar isə 35.363,6 min manata bərabər olub.

​ Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339.594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12.487,1 min manat və ya 0,54 faiz çoxdur.

​ Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər