Saytımızı qiymətləndirin


 
 

Öcalan bəyanat yayacaq - İddia
Tarix: 01-02-2025 | Saat: 12:06
Bölmə:Karusel / Dünya | çapa göndər

ocalan-beyanat-yayacaq 

İtaliya mətbuatında hazırda həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın fevralın 15-də bəyanat yayacağı barədə məlumat yayılıb.

Qarabaginfo.az “Hürriyət”ə istinadən xəbər verir ki, məlumatı italiyalı jurnalistlər Kaira Krukiati və Ciasandro Merli PKK/YPG terror təşkilatının Suriyadak qolunun lideri Mazlum Abdi ilə görüşdən sonra “Il Manifosta” qəzetində paylaşıblar. Onlar Öcalanın terrorçulara səslənərək silahı yerə qoymasını istəyəcəyini iddia ediblər. Bəyanatın videomüraciət formasında ola biləcəyi də vurğulanıb.

Qeyd edək ki, yanvarın 20-si italyan və fransız siyasətçilər Suriyanın şimalındakı əraziləri nəzarətində saxlayan Mazlum Abdi ilə görüşüblər. Görüşdə onları jurnalistlər də müşayiət edib.

Xatırladaq ki, Abdullah Öcalan məhz 26 il əvvəl fevralın 15-də Keniyada həbs edilib.

Fotoda Mazlum Abdi

 

 



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər