DİN-in bu zabitlərinin maaşları artırıldı
Tarix: 27-01-2025 | Saat: 17:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
100 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-01-2025 | Saat: 17:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, fərmanla DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Digər Fərmanla DİN-in Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları da orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Xəbəri paylaş
Digər xəbərlər
15-08-2024, 12:34
Birinci Qarabağ müharibəsində şəhid olan Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları dəfn edilib
11-01-2021, 20:21
“Pandemiya dövründə işçi sayını qoruyub saxlamışıq” - Faiq Seyidov
29-06-2021, 15:51
Fazil Məmmədovun bir milyon vergi borcu var – Məhkəməyə verildi
8-10-2026, 08:25
Tramp daha bir müharibəni tezliklə başa çatdıracağını bildirib
29-04-2020, 20:02
Baş prokuror vəzifəsinə yeni namizəd - TƏRCÜMEYİ-HAL


















