Tək rəislər yox, sıravi işçilər də 4 aydır maaş almır - Gömrük Komitəsində nə baş verir?
Tarix: 24-01-2025 | Saat: 17:35
Bölmə:Karusel / Sosial | çapa göndər
Dövlət Gömrük Komitəsində nəinki rəis heyətinin, sıravi işçilərin də əməkhaqları verilmir.
157 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-01-2025 | Saat: 17:35
Bölmə:Karusel / Sosial | çapa göndər
Dövlət Gömrük Komitəsində nəinki rəis heyətinin, sıravi işçilərin də əməkhaqları verilmir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə AFN.az-ın "Dövlət Gömrük Komitəsində rəislərin maaşı 4 aydır ödənmir" sərlövhəli xəbəri ilə tanış olan oxucular məlumat veriblər. Bildirilir ki, DGK-nın idarələrində rəislərlə bərabər, zabit heyəti, sıravi işçilərin əksəriyyəti də 4 aydır əməkhaqqı almır: "Məzuniyyət pulları, əlavələri, maaşları heç biri ödənmir".
Başqa bir oxucunun verdiyi məlumatda isə daha ciddi məqamlar əksini tapıb. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov idarələrin hamısına "tas" qoyub. Bakı Baş Gömrük İdarəsində çalışan oxucumuz deyir ki, adıçəkilən idarə təkcə ötən ilin dekabr ayında 400 milyona yaxın "öhdəlik" yerinə yetirib: "Rəis heyətinə "hava xoşdur", əsas çətinlik sıravi işçilərə yaranıb. Bir qəpik qazanc olmadan işə gedib-gəlmək, dolanmaq, ailə saxlamaq asan məsələ deyil. Elə bu gün-sabah deyə-deyə saxlayırlar, deyirlər ki, hamısı bir yerdə köçürüləcək. Heç olmasa Yeni ildə bayramqabağı bir az pul ödəmədilər ki, ailəmizlə normal bayram qeyd edək".
Qeyd edək ki, DGK-nın sədri general-leytenant Şahin Bağırovun özü ilə bərabər, rəhbərliyi ilə idarə olunan idarələrin də Dövlət Vergi Xidmətinə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.
Qaynarinfo saytı yazır ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, general mayor Ceyhun Məmmədovun 23076.85 manat, Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi, polkovnik Eldar Bədəlovun 17395.86 manat, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun 73070.08 manat, Dəniz Nəqliyyatı Və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun 28403.35 manat, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun 46380.03 manat vergi borcları yaranıb.
Xəbəri paylaş
Digər xəbərlər
7-06-2021, 11:20
1 tona yaxın çətənə bitkisi məhv edildi
26-04-2024, 14:23
Azərbaycan Prezidentinin Şoltsla geniş tərkibli görüşü başlayıb
15-12-2023, 13:13
Həftəsonu 13 dərəcə İSTİ OLAC
17-06-2025, 23:04
İran MN: "Mossad"ın qərargahına zərbə üçün izlənilməsi mümkün olmayan raketlərdən istifadə edilib
11-06-2024, 15:28
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb - SİYAHI
29-12-2020, 12:57
İran COVID-19 infeksiyasına qarşı ilk peyvəndini sınaqdan keçirib
12-01-2024, 11:01
Azərbaycan Ordusunda komandir toplanışları keçirilir- VİDEO
10-04-2019, 10:35
Elinanın intihar anı yayıldı – Şok video
20-09-2022, 20:41
Bakı Metrosunda qatarların hərəkətində gecikmələr baş verib
12-02-2026, 20:59
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı təltif edilib



















