Saytımızı qiymətləndirin


 
 

Paşinyan Vatikanda oteldə neçəyə qalıb?
Tarix: 04-01-2025 | Saat: 13:00
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabr ayında həyat yoldaşı və qızı ilə birlikdə Vatikana səfəri zamanı otel otağına çəkilən xərclərin 787 min dram (təxminən 2000 dollar) təşkil etdiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Ermənistan baş naziri bunu sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

O, bu məsələnin cəmiyyətdə rezonans doğurduğunu deyib və həmin otel otağında çəkilmiş videogörüntüləri yayımlayıb.

Paşinyan özünün həmin gün Vatikandan qayıtdığını, həyat yoldaşı Anna Akopyanın isə dövlətlərarası tədbirdə iştirak üçün orada qaldığını qeyd edib (Tədbir Rusiya-Ukrayna münaqişəsinin 1000-ci gününə həsr olunmuş aksiya ilə bağlı idi – red.).

Qeyd edək ki, dekabr ayında mediada Vatikana səfərin dövlət vəsaitləri hesabına milyonlarla drama başa gəldiyi və Akopyanın orada təxminən bir həftə qaldığı barədə xəbərlər yayılmışdı.



Xəbəri paylaş

75 dəfə oxunub.

Digər xəbərlər