Saytımızı qiymətləndirin


 
 

Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: bu şəxslər ölkədən çıxarılacaq
Tarix: 31-12-2024 | Saat: 14:36
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyadakı qeyri-qanuni mühacirlər aprelin 30-dək (2025-ci il) ölkəni tərk etməli və ya hüquqi statuslarına düzəliş etməlidirlər.

Qarabaginfo.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda deyilir.

Rusiyada qeyri-qanuni mühacirlərin deportasiyası rejimi 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Bu, Rusiyada qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərə şamil ediləcək. Bu kateqoriyadan olan bütün vətəndaşlar ölkədən çıxarılana və ya hüquqi vəziyyəti tənzimlənənə qədər nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək.



Xəbəri paylaş

77 dəfə oxunub.

Digər xəbərlər